Haqqımızda

Biz VİZYON MUHASİB MMC olaraq Azərbaycanın yüksək reytinqli, etibarlı və peşəkar konsaltinq şirkətləri sırasındayıq. 2009-cu ilin təsis olunduğumuz günündən etibarən dayanıqlı keyfiyyət və qüsursuz xidmət göstərərək partnyorlarımızla uzunmüddətli biznes əlaqələrini formalaşdırmışıq. Münasibətləri daim qarşılıqlı güvən, qazanc prinsipi ilə qurmuşuq. Biznesin gəlirliliyi və inkişafı maliyyə idarəetməsindən və qərarlarından başlayır.

Biz, partnyorlarımızın ən düzgün qərarları verməsinə yardımçı olaraq, onların biznes strategiyasını formalaşdırırıq. Düşünməyə çox zaman sərf edirik və zaman haqda çox düşünürük. Şirkətimiz bazarda yüksək nüfuza sahib və mühasibat sahəsində autsorsinq üzrə ən çox tələb olunan şirkət olmağa çalışır. Özümüzü yeni innovativ imkanlar açan və dəyişiklik gətirən bir şirkət olaraq görürük.

Müştərilərimiz üçün daha böyük potensial, yeni dəyər yaradan və biznes sahəsində iqtisadi əlaqələrini daha da effektiv edənik. Özümüzü irəli ixtisaslaşmış biliklərlə əməkdaşlarımızın yenilikləri və məhsuldarlığı ilə ortaq faydalara əsaslanan sabit və balanslı struktur artımı, məhsuldarlığı artırmaq və məlumatların yayılması ilə birləşdirən bir şirkət kimi görürük. Özünü təhlil bizə xarakterik xüsusiyyətdir, hərtərəfli yaradıcı düşüncə göstəririk və bir-birimizi dəstəkləyirik. Ölkəmizin ictimai həyatının keyfiyyətinə əhəmiyyətli qatqı qatır və biznesin sosial məsuliyyətinin artımına səbəb oluruq.

Ən Çox Verilən Suallar

Ən çox rast gəlinən səhvlərə sənədlərin düzgün qeydiyyata alınmaması, vergi öhdəliklərinin gec yerinə yetirilməsi, xərclərin tam əks etdirilməməsi və rəsmi hesabatlarda uyğunsuzluqlar daxildir. Bu cür səhvlər əlavə cərimələrə və maliyyə itkilərinə gətirib çıxara bilər. Biz isə bu riskləri qabaqcadan minimuma endiririk.

ƏDV qeydiyyatı yalnız dövriyyə müəyyən həddi keçdikdə və ya bəzi fəaliyyət növlərində tələb olunur. Biz biznesinizi nəzərdən keçirərək, ƏDV qeydiyyatına ehtiyac olub-olmadığını müəyyən edirik və bütün qeydiyyat prosesini sizin üçün tamamlaya bilərik.

Mühasibatlığın peşəkar komandaya həvalə edilməsi sizə həm xərclərə, həm də vaxta qənaət etməyə imkan verir. Artıq əlavə işçi və ya daxili resurs xərcləri barədə düşünməyə ehtiyac qalmır, eyni zamanda hesabatlar dəqiq, qanunvericiliyə uyğun və vaxtında təqdim olunur. Bu yanaşma həm kiçik, həm də orta sahibkarlıq üçün təhlükəsiz və səmərəlidir.

Peşəkar mühasiblərimiz vergi hesabatlarınızı hazırlayır və qanunvericiliyin tələb etdiyi müddətdə elektron sistem vasitəsilə təqdim edir. Sizdən yalnız sənədləri vaxtında təqdim etməyiniz tələb olunur, qalan bütün prosesləri biz idarə edirik.

Bizə sənədləri istər çap olunmuş, istərsə də elektron formatda təqdim edə bilərsiniz. Elektron göndəriş üçün xüsusi hazırlanmış sistemimiz və təhlükəsiz e-poçt ünvanımız mövcuddur, bu da hər hansı gecikmə və ya itki ehtimalını aradan qaldırır.

Biz sadəcə rəqəmlərlə işləmirik – məqsədimiz biznesinizin möhkəm maliyyə təməlini yaratmaqdır. Təcrübəli komandamız, açıq və şəffaf iş prinsiplərimiz və hər müştəriyə fərdi yanaşmamız sayəsində nəticəyə yönəlirik. Siz biznesinizin inkişafına diqqət yetirin, maliyyə işlərinizi isə etibarlı əllərə buraxın.

Şirkətinizin həcmi, əməliyyatların sayı və tələb olunan xidmətlərə görə xidmət qiyməti dəyişir. Biz əvvəlcə biznesinizin ehtiyaclarını öyrənir, daha sonra açıq və sabit qiymət təklifini təqdim edirik.

Vision Muhasib MMC-də təqdim olunan hər bir xidmət – mühasibatlıq, vergi planlaşdırması, maliyyə hesabatlılığı və məsləhət – həm yerli qanunvericilik, həm də beynəlxalq standartlara uyğun həyata keçirilir. Biz müştərilərimiz üçün səmərəli həllər təklif edir, əlavə xərcləri azaldır və mümkün riskləri vaxtında müəyyən edirik.